İtaliya Ukraynaya 20 ədəd M109L özüyeriyən artilleriya qurğusu göndərib. Bu barədə “la Repubblica” nəşri məlumat yayıb.
“Corriere della Sera” nəşri qeyd edir ki, bir neçə M109L haubitsası artıq 2022-ci ilin oktyabr ayında Ukraynaya göndərilib.
İtaliyanın ictimaiyyətlə əlaqələr üzrə naziri Luka Çiriani “Rainnews24” telekanalına M109L partiyasının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib. Onun sözlərinə görə, tədarük İtaliyanın əvvəlki hökuməti tərəfindən təsdiqlənmiş hərbi yardım paketinin bir hissəsidir.*
V.Əliyev