Azərbaycanda koronavirus infeksiyasına 66 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 830 min 846-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 79 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 213 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 153 nəfər (sutka ərzində +59) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 480 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 838 (ötən gün 1298 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 576 min 355 test aparılıb.*
V.Əliyev