Azərbaycanda Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlikdən qeyd olunub ki, plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib.
“Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib”, - MN-dən bildirilir.
Nazirlikdən dəqiqləşdirilib ki, taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komando – 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda islahatlar çərçivəsində yaradılan xüsusi bölmələrdir. **
R.Kərimov