2023-cü ilin fevral ayında Portuqaliya Azərbaycandan 60,727 milyon avro dəyərində 92,963 min ton nefti idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Portuqaliya Milli Statistika İnstitutundan (İNE) məlumat verilir.
2023-cü ilin fevral ayında Azərbaycan Portuqaliyaya sayca 4-cü neft tədarükçüsü olub (2023-cü ilin yanvarında – həmçinin 4-cü yer).
Statistik məlumatlara əsasən, 2022-ci ilin fevral ayında Azərbaycan Portuqaliyaya ikinci meft ixracatçısı olduğu vaxt, tədarük 144,396 milyon avro dəyərində 218,484 min barel ton təşkil edib.
Beləliklə, illik hesabalama 2023-cü ilin fevral ayında Azərbaycandan Portuqaliyaya neft idxalı fiziki ifadədə 2,3 dəfə, pul ifadəsində 2,4 dəfə azalıb.
İNE-nin məlumatına əsasən, fevralda Portuqaliyaya neft idxalının ümumi həcmi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,7% azalaraq 437,445 milyon avro (ildən ilə azalma 30,4%) ümumi məbləğində 757,327 min ton təşkil edib.
Hesabat dövrü ərzində Portuqaliyaya Braziliya – 403,137 min ton (218,031 milyon avro), Əlcəzair – 134,879 min ton (84,190 milyon avro dəyərində), Qana – 126,348 min ton (74,496 milyon ton dəyərində) və Azərbaycan neft idxal edib. **
R.Kərimov