Azərbaycan Dünya Bankının GovTech (GovTech Maturity Index/GTMI) kateqoriyasında rəqəmsal inkişaf indeksində öz məvqeyini yaxşılaşdırıb, B qrupu ölkələri sırasından ən yüksək reytinqə malik A qrupu ölkələri sırasına keçib.
Cənubi Qafqazda A Qrupuna yalnız Azərbaycan daxildir, Ermənistan və Gürcüstan isə B qrupunda qərarlaşıb.
Azərbaycan inkişaf indeksi 0,775 bal (2020-ci ildə 0,604 bal) təşkil edib.
Avropa və Mərkəzi Asiya regionunda rəqəmsal dövlət idarəçiliyi üzrə Azərbaycan 13-cü yerdədir.
Regionda indeksin ilk onluğuna daxil olub: Estoniya (0,956 bal), Litva (0,918 bal), Rusiya (0,897 bal), Serbiya (0,895 bal), Türkiyə (0,873 bal), Sloveniya (0,832 bal), Qazaxıstan (0,817 bal), Özbəkistan (0,813 bal), Moldova (0,801 bal). **
R.Kərimov