2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 268,114 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 78% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $81 milyon 987.8 min (artım 57,8%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar-fevral aylarında aldığı buğdanın qiyməti bir ton üçün $305,79 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $18 milyon 495.5 min dəyərində (azalma 21,8%) 32,114 min ton şəkər xammalı və şəkər (azalma 27,5%), $17 milyon 314,3 min dəyərində (azalma 60,6%) 12,698 min ton bitki yağı (azalma 55,8%), $10 milyon 297,8 min dəyərində (artım 22,9%) 1,921 min ton çay (artım 10,1%), $10 milyon 398,1 min dəyərində (azalma 29,4%) 1,762 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 35,4%) idxal edilib.
Bununla yanaşı, respublikaya $2 milyon 441,8 min dəyərində (azalma 28,8%) 658,9 ton iribuynuzlu heyvan əti (azalma 13,2%), $8 milyon 42 min dəyərində (artım 7,4%) 5,79 min ton quş əti və quş əti məhsulları (artım 2,8%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $25 milyon 910,8 min dəyərində (artım 1,4%) 23,509 min ton meyvə (azalma 10,4%), $3 milyon 890,3 min dəyərində (azalma 14,9%) 6,264 min ton tərəvəz (azalma 22,3%), $11milyon 197,8 min dəyərində (azalma 9,2%) 36,391 min ton kartof (azalma 21,5%) idxal edilib.
Yanvar ayında ölkədən $21 milyon 763 min dəyərində (azalma 20,4%) 20,111 min ton tərəvəz (azalma 13,5%), $56 milyon 480 min dəyərində (azalma 11,8%) 47,057 min ton meyvə (azalma 6,8%), $184,9 min dəyərində (azalma 49,3%) 385,3 ton kartof (azalma 48,3%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $7 milyon 385,2 min dəyərində (artım 78,5%) 10,038 min ton şəkər (artım 59.2%), $654,9 min dəyərində (azalma 68,1%) 344,9 ton bitki yağı (azalma 72,7%) ixrac edilib.
Hesabat dövründə Azərbaycan $2 milyon 778 min dəyərində (artım 2 dəfə) 2,366 min ton meyvə və tərəvəz şirələri (artım 98,6%), $871,9 min dəyərində (artım 2,4 dəfə) 44,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 2,4 dəfə), $2 milyon 767,2 min dəyərində (artım 2,9 dəfə) 1,749 ton meyvə və tərəvəz konservləri (artım 2 dəfə), $1 milyon 410,2 min dəyərində (azalma 64,3%) 619 ton tütün (azalma 45%), $1 milyon 94,7 min dəyərində (artım 22,7%) 125,3 ton çay (artım 13,5%) ixrac edib.**
B.Rüstəmbəyov