2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 1 milyard 340,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 1 milyon 264,1 milyon manat məbləğində heyvandarlıq, 76 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,5%, bitkiçilik məhsullarının istehsal həcmi 1,3% artıb.
2023-cü il aprelin 1-nə ölkədə 7 milyon 360,8 min baş qoyun və keçi, 2 milyon 551,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 253,2 min baş inək və camış, 5,084 min donuz olub. İnək və camışlar iribuynuzluların 49,1%-ni təşkil edir.
Bu dövrdə quşçuluq təsərrüfatlarında diri çəkidə 23,5 min ton quş əti (ötən illə müqayisədə artım 18,7%), 269,4 milyon ədəd yumurta (artım 40,5%) istehsal edilib.
Ümumilikdə, bu təsərrüfatlarda quşların ümumi sayı 9 milyon 813,7 min baş olub, hər yumurtlayan toyuqdan 67 ədəd yumurta əldə edilib.
DSK-nin məlumatına görə, öllkədə yazlıq əkin işləri aparılır.
2023-cü il aprelin 1-nə olan vəziyyətə görə, 112 min hektar sahədə (2022-ci ilin yanvar-mart ayıarı ilə müqayisədə azalma 1,9%) yazlıq bitkilər, o cümlədən 18,3 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (2,6 min hektar qarğıdalı daxil olmaqla), 29 min hektar sahədə kartof, 25,5 min hektar sahədə tərəvəz, 3,3 min hektar sahədə bostan bitkiləri, 1,7 min hektar günəbaxan, 1,5 min hektar şəkər çuğunduru, 0,3 min hektar – pambıq, 31,8 min hektar çoxillik bitkilər, 0,6 min hektar birillik bitkilər əkilib.
Yanvar-mart aylarında təsərrüfatlarda 94 min ton tərəvəz məhsulları (+ 0,1%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.**
X.Nəsirzadə