2023-cü ilin birinci rübündə Azərbaycan əhalisinin nominal pul gəlirləri 18 milyard 479,9 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 15,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin mart ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,8% təşkil edib.
Statistik məlumatlara görə, 2023-cü ilin yanvar-mart aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 14,4% - 1 min 823,7 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 16 milyard 345,3 milyon manat qalır ki, bu da 2022-ci ilin yanvar-mart aylarının göstəricisindən 15,3% çoxdur.**
X.Nəsirzadə