2023-cü ilin I rübündə SOCAR dövlət büdcəsinə 513,1 milyon manat məbləğində vergi ödəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
2023-cü ildə SOCAR üçün vergi planı 1 milyard 650 milyon manat məbləğində müəyyən edilib. Beləliklə, şirkət yanvar-mart aylarında illik planın 31,1% icrasını təmin edib.
SOCAR tərəfindən vergi ödənişləri cari ilin I rübündə dövlət büdcəsinin gəlirlərinin 6,2%-ni təşkil edib.
SOCAR 2021-ci ildə dövlət büdcəsinə 1 milyard 141,7 milyon manat məbləğində vergi ödəyib. Şirkət 2022-ci il üzrə vergi ödənişləri ilə bağlı məlumatı hələ açıqlamayıb.*
R.Əhmədov