Azərbaycanda koronavirus infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 830 min 918-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 10 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 217 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 216 nəfər (sutka ərzində +55) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 485 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1321 (ötən gün 589 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 578 min 265 test aparılıb.*
X.Nəsirzadə