İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də iqtisadi sahələr üzrə nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana səfərə yola düşüb.
“İnterfaks-Azərbaycan” agentliyinin İsrailin “Ynet” xəbər portalına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İsrail XİN başçısının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.
Kohen, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla danışıqlar aparacaq.
“Tərəflər Bakı ilə Təl-Əviv arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər”, - deyə nəşr qeyd edir.
Xəbər verildiyi kimi, Kohenin Bakıya səfəri çərçivəsində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi planlaşdırılır.*
R.Kərimov