Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC Yevlax şəhərində 1,9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinin satın alınmasına 212 min manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Global Engineering Management Company” MMC ilə 212,4 min manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 2 aydır.*
B.Rüstəmbəyov