Şuşa şəhərində ikinci böyük yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Bunu Prezident İlham Əliyev aprelin 18-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.
“Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. “İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir”, - deyə prezident əlavə edib.*
X.Nəsirzadə