Prezident İlham Əliyev bildirib ki, mülki əhali Laçın şəhərinə vaxtından əvvəl - bu ilin yayında qayıdacaq.
“Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq”, - deyə dövlət başçısı aprelin 18-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. “Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”, - deyə prezident vurğulayıb.
O əlavə edib ki, keçmiş köçkünlər ilin sonuna qədər Zabux və Sus kəndlərində qayıdacaqlar.*
R.Kərimov