Lənkəran və Naxçıvanda “ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.
Hazırda bu şəhərlərdə “ASAN xidmət” mərkəzlərinin inşası davam edir.
Prezident İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” mərkəzinin açılışını edib.
Beləliklə, Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin sayı 25-ə çatıb. Onlardan 7-si Bakı şəhərindədir.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 61 milyondan çox müraciət daxil olub, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil edir.*
R.Əhmədov