Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) şənbə məlumat verib ki, 2023-cü ilin yanvar-mart aylarında agentliyiin əməkdaşları tərəfindən 7,944 min hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
“İnterfaks-Azərbaycan” agentliyi ANAMA-ya istinadən məlumat verir ki, ynavra-mart ayları ərzində azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə əməliyyatları nəticəsində 3,878 min mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanın dövlət strukturları tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 41 min 915,77 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: piyada əleyhinə 8 min 780, tank əleyhinə 4 min 133 mina və 14 min 950 partlamamış hərbi sursat.
2021-ci ildə 20 165 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib: 41.,503 min mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. **
X.Nəsirzadə