Varşavada Polşa prezidenti Andjey Duda ilə Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova arasında görüş keçirilib.
Polşa prezidentinin dəftəxanasından verilən məlumata əsasən, tərəflər təhlükəsizlik məsələləri, Cənubi Qafqazdakı vəziyyəti və ikitərəfli münasibətləri, xüsusilə iqtisadiyyatı müzakirə ediblər.
Görüş Qafarovanın Polşaya səfəri çərçivəsində baş tutub. **
R.Kərimov