Nazirlər Kabineti çərşənbə axşamı Azərbaycanda COVİD-19-a görə xüsusi karantin rejiminin müddətini 2023-ci il 1 iyul tarixinə qədər (saat 06:00-dək) uzadıb.
“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi 2023-cü il 1 may (saat 06:00-da) başa çatırdı. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb”, - “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycanda COVİD-19-a görə xüsusi karantin rejimi 2020-ci il mart ayının ortalarından etibarən qüvvədədir. Həmçinin, koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti artıq aradan qaldırılıb.
Ümumilikdə, aprelin 19-na olan vəziyyətə görə, Azərbaycanda yoluxma hallarının sayı 830 min 918 nəfərə çatıb, 820,216 min nəfər sağalıb. Ölənlərin sayı 10 min 217 nəfərə çatıb. Aktiv xəstə sayı 485 nəfərdir.
2021-ci il yanvar ayından etibarən Azərbaycanda əhaliyə COVİD-19 əleyhinə 14 milyona yaxın doza vaksin vurulub. **
R.Kərimov