2023-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun(TBNM) ilə yükdaşımaların həcmi 2 milyon tonadəak artacaq. Bu barədə Qazaxıstanın baş naziri Alixan Smailov məlumat verib.
“2022-ci ildə bu marşrut ilə daşınana yüklərin həcmi 2 dəfə artaraq 1,7 milyon tona çatıb. Azərbaycan, Türkiyə və Gürcüstanla imzalanmış yol xəritələri sayəsində bu il TBNM ilə 2 milyon ton yük daşınacaq”, - Smailov deyib.
Onun sözlərinə görə, 2025-ci ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyəti 10 milyon tona çatacaq. **
R.Əhmədov