İsrailin xarici işlər naziri Eli Kohen çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşü yüksək qiymətləndirib.
“Azərbaycan prezidenti İlham Əliyevlə əla görüş oldu. Biz terrorçuluğa qarşı mübarizəni, təhlükəsizlik və ölkələrimiz arasında iqtisadiyyat sahələrində əməkdaşlığı müzakirə etdik. Mən prezidenti (Azərbaycanın - İF) İsraildə səfirlik açmaq qərarı münasibətilə təbrik etdim”, - Kohen Twitter hesabında yazıb. **
R.Kərimov