Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il martın 31-nə 2 milyard 152,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 22,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Həmçinin, martda banların xarici öhdəlikləri 64,3 milyon manat (fevralda +272,8 milyon manat) artıb.
AMB-nin məlumatına görə, martın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 4 milyard 630,3 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 28% azdır.
Həmçinin, martda bankların xalis xarici aktivləri 1 milyard 734,3 milyon manat (fevralda 505,8 milyon manat azalıb) azalıb.
2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il mart ayının sonuna Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malik olub.**
R.Əhmədov