Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 5 milyon manat məbləğində maliyyə dəstəyi haqqında sərəncam imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Sənəddə deyilir ki, 2021-2023-cü illərdə 36.553 müraciət təmin edilib, bu məqsədlə Fondun büdcəsindən 75 milyon 575.943 min manat vəsait təyinatı üzrə xərclənib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün, Azərbaycan prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. **
R.Kərimov