Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Həmçinin, Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
O cümlədən, çərşənbə günü Əliyev Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam imzalayıb. Şuranın sədri - Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Nazirlər Kabinetinə bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini və Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. **
İnformasiya şöbəsi