Azərbaycan və Cənubi Koreya cari ilin may ayında Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclasını keçirəcək.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Cənubi Koreyanın nümayəndə heyəti ilə keçiriləcək iclası, biznes forum və Koreyanın bir sıra təşkilatları və texnologiya şirkətləri ilə planlaşdırılan ikitərəfli görüşləri müzakirə edib. Bu barədə çərşənbə günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Həmçinin, məlumatda qeyd edilir ki, Azərbaycanda keçirilən görüş zamanı “iki ölkə arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, innovasiya və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib”.
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın sonuncu iclası 6 fevral 2020-ci ildə Bakıda keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir. **
İnformasiya şöbəsi