Bu ilin iyun ayında Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının beşinci iclasının keçirilməsi planlaşdırılır.
“İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir ki, iclasın keçirilməsi məsələsi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev arasında Cenevrədə baş tutmuş görüşdə müzakirə edilib.
Amangeldiyev 2023-cü ilin iyun ayında Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının beşinci iclasının keçirilməsi, eləcə də Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyətə başlaması ilə bağlı məsələlərə toxunub”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Bişkek və Bakı sözügedən fondun (nizamnamə kapitalı $25 milyondur) yaradılması haqqında hökumətlərarası sazişin qüvvəyə minməsi ilə bağlı daxili prosedurları başa çatdırıb.
Nazirlərin görüşü bu həftə Cenevrədə keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərinin nazirlərinin görüşü çərçivəsində baş tutub.*
R.Kərimov