Bakıda ilk dəfə “Global HR SUMMIT 2023” tədbiri keçirilir.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı, NEQSOL Holding-in baş sponsorluğu və bir sıra digər şirkətlərin sponsorluğu ilə keçirilən tədbirdə qlobal şirkətlərin baş direktorları, insan resursları mütəxəssisləri, dövlət şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak edirlər.
Tədbirdə plenar sessiyaların spikerləri insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və perspektivlərdən bəhs ediblər.
Tədbir iştirakçıları layiqli əmək və ümumdünya insan resurslarının gücləndirilməsi, rəqəmsal insan resursları və süni intellekt, rəhbərlərin strateji insan resursları perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.*
X.Nəsirzadə