2023-cü ilin birinci rübündə Azərbaycanda pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16% çox olmaqla 1 milyard 416 milyon manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Hesabat dövründə pensiyaların orta aylıq məbləği 16% artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 15% artaraq 456 manata çatıb.*
R.Kərimov