Azərbaycanda koronavirus infeksiyasına 48 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 41-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 75 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 220 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 399 nəfər (sutka ərzində +82) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 422 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1002 (ötən gün 1561 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 580 min 828 test aparılıb.*
R.Kərimov