Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir.
“Görüşdə tərəflər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda yüksək səviyyəli səmərəli əməkdaşlığı, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar”, - deyə məlumatda bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə