Dövlət Məşğulluq Agentliyi 2022-ci il üzrə maliyyə hesabatlarının auditorunu seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına istinadən məlumat verir ki, "RSM Azerbaijan" MMC auditor olub.
Müqavilənin şərtlərinə əsasən, audit rəyi 30 iyun 2023-cü il tarixinədək hazırlanmalıdır.
"RSM Azerbaijan"a xidmətlərinə görə 53, 1 min manat ödəniləcək. **
R.Əhmədov