Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bəyan edib.
“Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları (erməni xalqının Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə barışmayacağına dair - İF) din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır”, - Paşazadə cümə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, din adamlarının siyasətə qarışması doğru deyil.
“Biz erməni kilsəsini dostluğa çağırırıq”, - Paşazadə yekun vurub. **