Cümə axaşmı “Tesla”nın səhmləri ilin əvvəlindən rekord temp ilə, təxminən 10% ucuzlaşıb, bu səbəbdən şirkətin rəhbəri İlon Maskın gün ərzində sərvəti $12,6 milyard azalıb. Bu barədə MarketWatch yazır.
Hazırda Masın sərvəti $164 milyard həcmində qiymətləndirilir. Beləliklə, o, dünyanın ən varlı adamları reytinqində birinci yeri tutan, sərvəti $211 milyard həcmində qiymətləndirillən Bernar Arnodan daha da geridə qalıb.
“Tesla”nın səhmləri rüblük hesabat və Maskın şirkətin bazar payını artırmaq üçün rentabelliyi qurban verməyə hazır olduğu barədə bəyanatından sonra ucuzlaşıb.
Nəticədə, “Meta”nın kapitallaşması “Tesla”nın bazar dəyərini 16 ay ərzində ilk dəfə üstələyib. **