ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin rəyinə görə, M1 Abrams tanklarından istifadə Ukraynakı vəziyyəti dəyişə bilər.
“Hesab edirəm ki, MQ Abrams tankı – dünyada ən yaxşıdır, digər yaxşı tanklar da var, misal üçün Leopard 2. Bir Abrams tankı Ukraynaya çatdırıldıqda fərq nəzərə çarpacaq", - Milli bildirib.
Eyni zamanda, o qeyd edib ki, hərbi əməliyyatlar zamanı mükəmməl bir vasitə yoxdur. Onun sözlərinə görə, bütün vasitələr bütövlükdə effektiv olmalıdır.
M1 Abrams - ABŞ Sİlahlı Qüvvələrinin əsas döyüş tankıdır, 1980-ci ildən etibarən silahlanmaya daxildir. Birləşmiş Ştatların 2,6 mindən çox müxtəlif modifikasiyalı M1 Abrams tankları var. **