Bu həftə videokörpü rejimində «Rusiya-Azərbaycan: işgüzar qarşıqlı fəaliyyət strategiyası, əməkdaşlıq və tərəfdaşlıq imkanları» adlı dəyirmi masa keçirilib.
“İnterfaks-Azərbaycan” Tümen vilayəti İnvestisiya Fonduna istinadən məlumat verir ki, tədbirdə RF regionları hökumətlərin, Rusiya və Azərbaycan biznes nümayəndələri, ekspertlər və digərləri iştirak ediblər.
Diskussiyalar zamanı iki ölkənin işgüzar qarşılıqlı fəaliyyətinin müxtəlif məsələləri müzakirə olunub: maliyyə hesablamaları, sənaye kooperasiyası, logistika.
Tədbir çərçivəsində Rusiya regionları Azərbaycan tərəfdaşları üçün investisya potensialının təqdimatını keçirib.
Tümen vilayətini İnvestisya Agentliyinin baş direktorunun müavini İqor Smolyaqin təmsil edib. O qeyd edib ki, Tümen vilayəti və Azərbaycan arasında artıq təşkil olunmuş sıx əlaqələr mövcuddur.
2023-cü ilin yanvar ayında Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə biznes missiya təşkil edilib.
"Bu gün biz nəinki ticarət dövriyyəsini artırmağı, həm də investisiya istiqamətini gücləndirməyi planlaşdırırıq. Azərbaycan biznesini ağac emalı sahəsi, qida sahəsi, həmçinin polimerlərin emalı və turizm maraqlandıra bilər", - Smolyagin bildirib.
Görüş iştirakçıları sənayedən turizmə qədər müxtəlif istiqamətlərdə tərəfdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd ediblər. **
R.Əhmədov