Almaniya hökuməti rusiyalı diplomatların Almaniyadan kütləvi şəkildə çıxarılmasına dair qərar qəbul edib. Bu barədə Rusiya Xarici Işlər Nazirliyinin saytında məlumat verilib.
«Almaniya hökuməti Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının növbəti kütləvi çəkildə çıxarılması barədə qərar qəbul edib», - XİN-dən bəyan ediblər.
RF XİN-dən həmçinin əlavə edilib ki, «Rusiya-Almaniya münasibətlərini, o cümlədən onların diplomatik ölçüsünü nümayişli şəkildə pozmağa davam edən» Berlinin bu hərəkətlərini pisləyir.
«Berlinin düşmən hərəkətlərinə reaksiya olaraq Rusiya tərəfi Almaniya diplomatlarının Rusiyadan analoji şəkildə çıxarılması, həmçinin Almaniyanın ölkəmizdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının maksimum sayının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması barədə qərar qəbul edib», - nazirlikdən məlumat verilib. **
V.Əliyev