Azərbaycanda koronavirus infeksiyasına 30 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 095-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 24 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 10 min 222 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 558 nəfər (sutka ərzində +78) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 315 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 883 (ötən gün 1002 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 582 min 030 min test aparılıb.**
V.Əliyev