Lerik rayonun Tikəband kəndində elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb.
Bu barədə Lerik rayon prokurorluğundan məlumat verilib.
“İlkin araşdırma zamanı eyni ailənin dörd üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib”, - məlumatda deyilir.
Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. **
V.Əliyev