Azərbaycanda koronavirus infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 105-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 30 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 226 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 623 nəfər (sutka ərzində +65) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 256 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 665 (ötən gün 883 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 582 min 685 test aparılıb.**
V.Əliyev