Azərbaycan Xarici İşlər Nazirliyi bazar günü İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.
"İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik. Ermənistan hökuməti və baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Twitter hesabında yazıb. **
R.Əhmədov