Ermənistan parlamentinin spikeri Alen Simonyanın aprelin 23-də Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı bəyanatı qəbuledilməzdir. Bu fikirlər Milli Məclisin mətbuat xidmətinin mətbuata açıqlamasında qeyd edilib.
Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir, bölgədə sülh və əmin-amanlığa töhfə vermir.
“Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq”, - deyə açıqlamada bildirilib.*
R.Əhmədov