Azərbaycanda koronavirus infeksiyasına 5 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 831 min 110-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 10 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 226 nəfər təşkil edir.
Virusa yoluxmuş 820 min 631 nəfər (sutka ərzində +8) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 253 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 637 (ötən gün 665 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 583 min 322 test aparılıb.*
N.Abbasova