Aprelin 26-dan 28-dək Fransa XİN başçısı Katrin Kolonna Cənubi Qafqaza səfər edəcək. Bu barədə Fransa XİN-dən məlumat verilir.
Məlumata əsasən, Azərbaycana səfər zamanı Kolonnanın Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər nairi Ceyhin Bayramovla görüşləri planlaşdırılır.
Ermənistanda Kolonna baş nazir Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyan, Gütcüstanda – prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə danışıqlar aparacaq.
“Kolonna Azərbaycan və Ermənistanda görüşlər zamanı Fransanın ərazi bötüvlüyünə və beynəlxalq hüquq prinsiplərinə hörmət edən ədalətli, davamlı sülh naminə iki ölkə arasında danışıqlara dəstəyinə sadiqliyini ifadə edəcək”, - XİN-dən vurğulanır. **
R.Kərimov