Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gəlib.
Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xəbər verildiyi kimi, səfər çərçivəsində Əliyev “Bulqartransqaz” (Bolqarıstan), “Transqaz” (Rumıniya), “FSGZ” (Macarıstan), “Eustream” (Slovakiya) qaz nəqli sistemlərinin operatorları, həmçinin SOCAR arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanma mərasimində iştirak edəcək.
Sənəd Avropa İttifaqına, Mərkəzi və Cənubi-şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini artırmaq məqsədilə Bolqarıstanın təklif etidiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” (STRİNG) təşəbbüsü ilə əlaqədardır.
Memorandumu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Xirman imzalayacaqlar.
Həmçinin, Əliyev SOCAR-ın Sofiyada ofisinin açılışında iştirak edəcək. **
R.Əhmədov