“Bank BTB” ASC 2023-cü ilin birinci rübündə aktivlərini 0,6% - 376,391 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il martin 31-nə bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla - İF) 250,558 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,3% - İF) təşkil edib.
Bankın öhdəlikləri 325,522 milyon manata (artım 0,4%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 148,93 milyon manat (azalma 6,5%) təşkil edib.
Aprelin əvvəlinə “Bank BTB”nin kapitalı 50,869 milyon manata (artım 1,6%), nizamnamə kapitalı 66,45 milyon manata (dəyişməyib) bərabərdir.
Bank birinci rübü 888 min manat məbləğində mənfəətlə (2022-ci ilin birini rübü ərzində zərər 3,295 milyon manat təşkil edib) başa vurub.
“Bank BTB” Azərbaycanda 25 bank arasında 2022-ci ilin yekunları üzrə zərər əldə edən ilk bank olub.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə