Azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda 73 investisiya layihəsi reallaşdırılır. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bəyan edib.
“Bu günədək işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400 müraciət daxil olub. 73 investisiya layihəsi üzrə işlərə artıq başlanılıb.Bunlar sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahələrində layihələrdir”, - Ələkbərov çərşənbə axşamı “Sahibkarlar Günü”nə həsr olunan tədbirdə qeyd edib.
O, həmçinin bildirib ki, 2023-cü ildən başlayaraq bölgədə sahibkarlıq fəaliyyətinin cəlbediciliyini təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə rezidentlər 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib, onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılır.
Bundan başqa, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri müəyyən edilib, idxal 10 il müddətində ƏDV-dən azad edilib. **
B.Rüstəmbəyov