2023-cü ilin birinci rübündə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə4 milyard 899,5 milyonmanat məbləğində vergi və rüsum daxilolmalarını təmin edib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov məlumat verib.
“2023-cü ilin yanvar-mart aylarında vergilər zətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 899,5 milyon manata çatıb. Ötən ilin analoji dövrü ilə müqayiasədə vergi daxilolmaları 78,4% və ya 2,1 milyard manat artıb”, - Ələkbərov çərşənbə axşamı “Sahibkarlar Günü”nə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlar daha şəffaf işləməyə başlayıblar.
"Əmək müqavilələrinin sayının 2019-cu ilin əvvəli ilə müqayisədə353,9 minartaraq aprel ayının 2-nə1 milyon 755,8 minə çatması faktı bunun bariz nümunəsidir. Qeyri neft-qaz sektorunda bu göstərici298,1 minartaraq 838 minə çatıb”, - nazir müavini əlavə edib. **
B.Rüstəmbəyov