Çərşənbə axşamı Sofiyada (Bolqarıstan) “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR (Azərbaycan) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan liderinin saytındakı məlumata əsasən, Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Öz növbəsində, Bolqarıstanın Teleqraf Agentliyi qeyd edir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Xirman imzaladıalr.
Sənəd Avropa İttifaqına, Mərkəzi və Cənubi-şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini artırmaq məqsədilə Bolqarıstanın təklif etidiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” (STRİNG) təşəbbüsü ilə əlaqədardır. **
R.Kərimov