Azərbaycan 2023-cü ilin sonunda Macarıstan və Slovakiyaya qaz tədarükünə başlamağı planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bu gün Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya təbii qaz ixrac edir. Bütün zəruri interkonnektorların mövcudluğu şərti ilə cari ilin sonunadək Macarıstan və Slovakiyaya qaz idxalına başlamağı planlaşdırırıq”, - Əliyev çərşənbə axşamı Sofiyada bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan Albaniya ilə yerli qaz paylayıcı sisteminin tikintisi ilə bağlı, o cümlədən “Həmrəylik halqası”nın iştirakçısı olaraq Slovakiya ilə danışıqları davam etdirir.
“Biz qaz tədarükü coğrafiyamızı 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq. Avropa qaz bazarında iştirakımızı genişləndirməyi planlaşdırırıq”, - prezident vurğulayıb.
Dövlət başçısı bildirib ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz tədarük edib. Bu il üçün hədəf, bu göstəricini 12 milyard kubmetrədək artırmaqdır. “Ümumilikdə, bu il 24,5 milyard kubmetr səviyyəsində qaz ixracını (Türkiyə, Aİ, Gürcüstan - İF) planlaşdırırıq. Qaz hasilatı və ixracı artacaq, çünki biz mövcud qaz yataqlarından hasilatı artıracağıq. Qarşıdakı illərdə həmçinin yeni yataqlarda təbii qaz hasilatını gözləyirik”, - prezident deyib.
Əliyev əlavə edib ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına (Aİ) qaz tədarükü 20 milyard kubmetrədək artacaq.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Sofiyada “Həmrəylik halqası” (STRİNG) təşəbbüsü çərçivəsində Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycanın SOCAR şirkətləri arasında arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. **
R.Əhmədov