Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) əvvəllər Ermənistanın işğalı altında olmuş Qarabağ və Şərqi Zəngəzurda müəyyən edilmiş və ehtimal olunan azərbaycanlıların kütləvi məzarlıq yerlərinin xəritəsini təqdim edib.
Çərşənbə axşamı Mərkəzin Twitter hesabında dərc olunmuş xəritədə 18 ehtimal olunan və 6 müəyyən edilmiş kütləvi məzarlıq yeri qeyd olunub.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, 90-cı illərin birinci yarısında Ermənistan-Azərbaycan münasiqişəsi nəticəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 71 nəfəri - uşaq, 267 nəfəri – qadın, 326 nəfəri isə qocadır. Ermənistan birinci Qarabağ müharibəsi dövründə azərbaycanlıların kütləvi məzarlıq yerləri barədə Azərbaycana məlumat verməkdən imtina edir. **
R.Kərimov