Bolqarıstanın tənzimləyici qurumu “SOCAR Trading”ə Avropaya təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. Bu barədə Bolqarıstan prezidenti Rumen Radev bəyan edib.
“Mən cənab Prezident Əliyevə məlumat vermək istərdim ki, Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət, ilk növbədə, birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”, - Radev çərşənbə axşamı Sofiyada deyib.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Sofiyada “Həmrəylik halqası” (STRİNG) təşəbbüsü çərçivəsində Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycanın SOCAR şirkətləri arasında arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. **
B.Rüstəmbəyov